Hakimi söyən futbolçu 4 oyun cəzalandı və 3200 manat cərimələndi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən iclasda premyer liqanın son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

12-ci turda “Zirə” – “Sumqayıt” oyunuda ev sahibinin məşqiçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimələnib.

“Keşlə” – “Qəbələ” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Səbail” – “Neftçi” görüşünün 90-cı dəqiqəsində “aslanlar”ın futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimələnib.

Həmin kateqoriyadan