Hakimi təhqir edən futbolçusuna ağır cəza

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Keşlə” – “Sabah” oyununda ev sahibi futbolçu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

“Keşlə”nin digər futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Sumqayıt” – “Qəbələ” oyununda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.

Həmin kateqoriyadan