“Hakimlərə də qalib gəlmək lazımdır”

22 yanvarda premyer liqanın 19-cu turunda “Turan Tovuz” Qəbələdə “Kəpəz”ə 1:2 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov açıqlama verdi:

“Oyunun çətin kecəcəyini bilirdik. Hava şəraiti də əlverişli deyildi. Mübarizəyə yaxşı başladıq, bunun nəticəsi olaraq qol vurduq.

Amma qırmızı vərəqə planlarımızı pozdu və rəqib tədricən təşəbbüsü ələ aldı. Sadə qollar buraxdıq, səhvlər oldu.

Üzücü odur ki, hakimlik zəif idi. 50-ci dəqiqədə qayda pozuntusu zamanı VAR-a baxılmadı. Hakimlərə də qalib gəlmək lazımdır”.

Həmin kateqoriyadan