Hakimlərdən test götürüldü

Yanvarın 17-dən 19-dək divizion, 19-dan 21-dək isə remyer liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib. 

Allsport.az xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. Toplanışa rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb.

Həmin kateqoriyadan