“Hakimləri bəyənmək niyyətim yoxdur”

Bu gün premyer liqanın 21-ci turunda “Zirə” səfərdə “Qəbələ” ilə heç-heçə (1:1) etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu söylədi:

“Qəbələ səfəri hər zaman çətin olur. Meydanda gərgin mübarizə gedir. Pis oynamadıq. Rəqibin qoluna tez cavab verdik

2-ci hissədə təzyiqi artırdıq. Qapı tirindən dönən top var. Hakimləri bəyənmək niyyətim yoxdur. İstəyim odur ki, ədalətli olsun. Bu gün hər 2 tərəfə yersiz fit verdilər

5-6 hakim var, onlar yaxşıdırlar. Hakimlər komitəsinin sədri Barış Şimşəyə etirazım yoxdur. İnanmıram ki, bizə qarşı qərəzli olsunlar”.

Həmin kateqoriyadan