“Hakimlərlə qısa mübahisəmiz oldu”

Bu gün “Qəbələ” premyer liqanın 35-ci turunda səfərdə “Şamaxı” ilə 0:0 etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev bunu söylədi:

“Oyun barəsində geniş danışmağa ehtiyac yoxdur. 4-cü yeri təmin etmək üçün qalib gəlməliydik. Amma “Şamaxı”ya da xal lazım idi. Rəqib yüksək dəstədə qalmaq istəyir.

Hakimlərlə qısa mübahisəmiz oldu. Tribunadan meydana plastik qab atdılar. Amma referi məşqçi Rasim Ramaldanova qırmızı vərəqə göstərdi. Bunu anlamadım. Çalışacağıq ki, son çempionat oyununda qalib gəlib Azərbaycan kubokuna köklənək”.

Kamran HACI, Şamaxı

Həmin kateqoriyadan