- Baxış sayı: 38
- 10 Oktyabr 2024 23:46
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
“Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə açıqlama verib.
Allsport.az saytı xəbər verir ki, İslandiya millisinin üzvü yeni mövsümün onun üçün uğurlu keçmədiyini deyib:
“Müxtəlif səbəblərdən “Qarabağ”da hər şey istədiyim kimi olmadı. Bəhanə etmək istəmirəm. Amma “Qarabağ”da ilk ayda zədələndim. Müqavilə bağlayanda baş məşqçimiz mənə dedi ki, komandada 2 qapıçısı olacaq.
Lakin mən zədələndiyimdən, daha bir qapıçı alındı. Heç vaxt kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfidir. Kimin səhvi olursa, meydana çıxmır. İndi yol ayrıcındayam”.