Hansı klublar cərimələndi?

AFFA intizam komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XV turunda baş verən qayda pozuntuları müzakirə olunub və onlara hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” matçında isə gəncəlilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublarını 700 manat ziyana salıblar.

“Qarabağ” – “Qəbələ” görüşündə isə matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Ağdam təmsilçisi 800 manat cərimə ödəyəcək.

Həmin kateqoriyadan