- Baxış sayı: 20
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XVI turda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində qonaqların 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. O, komandasını isə 500 manat ziyana salıb.
“Sabah” – “Səbail” qarşılaşmasında hesab tablosu işləmədiyinə görə ev sahiblərinə xəbərdarlıq edilib. Onlar görüşdə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün 1000 manat cərimə olunublar.
“Neftçi” – “Turan Tovuz” oyununda da hesab tablosu işləmədiyinə görə “ağ-qaralar”a xəbərdarlıq edilib. Matç bitdikdən sonra isə meydançaya kənar şəxslər daxil olduğu üçün Bakı təmsilçisi 800 manat cərimələnib.