“Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq”

“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasının yanvarın 23-də və 26-da Puerto-Riko ilə yoldaşlıq görüşlərin dəvət olunmayıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb “dənizçilər”in premyer liqanın 2-ci yarısına hazırlaşmasıdır.

“Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq.

Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq”, – qolkiper əlavə edib .

Həmin kateqoriyadan