“Heç-heçə məncə ən ədalətli nəticə oldu“

Premyer liqanın 19-cu turunun açılış matçında “Neftçi” evdə “Sabah”la 0:0 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bozoviç oyun haqda danışıb:

“Oyunla bağlı deyə bilərəm ki, pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk hissədə şanslarımız çox oldu. “Sabah”da da eyni imkanlar var idi. 2-ci hissədə də oyun dinamik və maraqlı alındı. Heç-heçə məncə ən ədalətli nəticə oldu”.

Həmin kateqoriyadan