“Heç-heçə oyuna yaraşırdı”

Premyer liqanın 19-cu turunda “Səbail” evdə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Bu gün dinamik oyun var idi. Hər iki komanda həm hücumda, həm də müdafiədə taktiki cəhətdən savadlı oynamağ çalışırdı. Belə havada topa nəzarət etmək çətindir. İkinci yarıda futbolçularım topu yerə salaraq, nəzarət etməyə çalışırdı. Futbolçularıma təşəkkür edirəm ki, bacardıqlarından da çoxunu etdilər. Meydanda komanda şəklində xarakter göstərə bildik. Fasilədən sonra ilk oyunumuz idi. Heç-heçə oyuna yaraşırdı”.

Həmin kateqoriyadan