“Heç kim düşünməsin ki, 2-ci yerlə barışmışıq”

“Neftçi” ilə yeni müqavilə bağlayan Ömər Buludov klubun saytına açıqlama verib. Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu komandada qalmasına görə sevindiyini deyib:

“Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, “Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım. Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.

Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq”.

Həmin kateqoriyadan