“Hesab heç kimi aldatmasın”

Bu gün “Turan Tovuz” premyer liqanın 11-ci turunda evdə “Kəpəz”ə 4:0 qalıb gəldi.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov açıqlama verdi:

“Hər 2 komanda üçün vacib oyun idi. Rəqib son sıradan qurtulmaq istəyirdi. Biz isə ötən mövsümdən evdə qalib gələ bilmirdik.

Hesab heç kimi aldatmasın. Sadəcə, cari çempionatda qaçırdığımız fürsətləri bu dəfə gerçəkləşdirdik.

Qərb derbisi həmişə maraqlı və gərgin olur. Akademiyamızın futbolçusunun da fərqlənməsi komanda xoş ovqat yaratdı”.

Həmin kateqoriyadan