“Heyəti son anda gücləndirə bildik”

“Qəbələ” premyer liqanın 8-ci turunda doğma meydanda “Sabah”a 2?1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikirləri Qarabağdadır. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq.

Qarşılaşmaya gəlincə, indiyədək keçirdiyimiz matçlara nəzər yetirsək, komanda olaraq çox keyfiyyətli oynayırdıq. Çalışırdıq ki, hücumda yaxşı futbol göstərək. Sadəcə qələbə çatmırdı. Bu gün fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik. Heyəti son anda gücləndirə bildik”.

Həmin kateqoriyadan