“Hücumda gücümüz yox idi”

“Atletiko” İspaniya kral kubokunun cavab oyununda “Atletik”ə 0:3 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone bu haqda danışıb:

“İlk görüşdə 0:1 hesablı məğlubiyyətimiz rəqibin səviyyəsindən xəbər verir. Cavab oyununda 0:3 hesablı uduzmağımız onların gördüyü işlərdən xəbər verir.

Hücumda gücümüz yox idi, müdafiədə də zəif idik. Rəqibi qələbə münasibətilə təbrik etməyə dəyər”.

Həmin kateqoriyadan