İbrahimli federasiya prezidenti oldu

Bu gün əlillər futbolu federasiyasının (AƏFF) videokonfrans formatında konfransı keçirilib. Allsport.az xəbər verir ki, konfransda sahə futbol federasiyaları ictimai birliyinin prezidenti, AFFA-nın icraiyyə komitəsinin üzvü Mahir Məmmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, əlillər futbolu federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə əlillər futbolu federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın icraçı direktoru ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib. Konfransda Azərbaycan əlillər futbolu federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli federasiyanın prezidenti seçilib.

Həmin kateqoriyadan