İbrahimoviçin evlənmə təklifini rədd etdi

Zlatan İbrahimoviç müasir futbolda qəddarlıq nümunəsi hesab olunur. “Dəmir” xarakter, cəsarətli sözlər və məzəmmətlər, eləcə də hədsiz dərəcədə şişirdilmiş eqo baxımından onunla müqayisə oluna bilən az sayda futbolçu vardır.

Allsport.az xəbər verir ki, buna baxmayaraq isveçli iş qadını Helena Seqer, futbolçunun ona etdiyi evlilik təklifini rədd edəcək cəsarətə sahib çıxıb.

42 yaşlı veteranın özü bu haqda açıqlama verib:

“Bir neçə il əvvəl mən evlilik təklif etmişdim. O, yox dedi. Mən ona dedim ki, o, 20 illik evliliyindən sonra mənimlə evlənməyə layiqdir və o, buna heç ehtiyacının olmadığını söyləmişdi”.

Həmin kateqoriyadan