İcra başçısı uğur qazanan “Qəbələ”li idmançılarla görüşdü

2019-cu il “Qəbələ” idman klubu üçün uğurlu olub.

Allsport.az xəbər verir ki, idmançılar il ərzində respublika və beynəlxalq səviyyəli yarışlarda 12 qızıl, 16 gümüş və 14 bürünc olmaqla, ümumilikdə 42 medal qazanıblar.

Qəbələ rayon icra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev klubun 2019-cu ildə keçirilən yarışlarda müvəffəqiyyətlə çıxış etmiş idmançıları ilə görüşüb.

Abdullayev idmançılara, məşqçilərə RİH-nin mükafatlarını təqdim edib.

Həmin kateqoriyadan