AFFA icraiyyə komitəsinə namizədlər: Siyahıda Fərid Mansurov da var!

AFFA-nın nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, federasiyanın yanvarın 28-də keçiriləcək növbəti konfransında icraiyyə komitəsinə seçki keçiriləcək.

Allsport.az xəbər verir ki, nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, icraiyyə komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb.

İcraiyyə komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısı:

 Regional futbol federasiyaları ictimai birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb regional futbol federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional futbol federasiyaları ictimai birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal regional futbol federasiyası tərəfindən
 
Peşəkar futbol liqası ictimai birliyi – 5 yer
1. Zaur Axundov – “Keşlə” tərəfindən
2. Rauf Əliyev – “Səbail” tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” tərəfindən
5. Fərid Mansurov – Peşəkar futbol liqası ictimai birliyi tərəfindən
 
Sahə futbol federasiyaları ictimai birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə futbol federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal federasiyası tərəfindən
 
İctimai futbol təşkilatları ictimai birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan futbolsevərlər birliyi tərəfindən
2. Könül Mehdiyeva – İctimai futbol Təşkilatları ictimai birliyi tərəfindən.

Həmin kateqoriyadan