İdman arbitraj məhkəməsi Bəhlulun transferi ilə bağlı qərarını verdi

İdman arbitraj məhkəməsi Bəhlulun transferi ilə bağlı qərarını verdi

İdman arbitraj məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və “Əl-Əyn” klubları arasında olan mübahisəli məsələylə bağlı qərar verib. Allsport.az saytı xəbər verir ki, CAS, BƏƏ təmsilçisinin şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, müdafiəçinin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib. Qeyri-rəsmi xəbərə görə, söhbət 1 milyon avrodan gedir.

Xatırladaq ki, Bəhlul Mustafazadə 2019-21-ci illərdə “bayquşlar”da çıxıb edib. O, 2021-ci ilin yayında “Əl-Əyn”ə keçsə də, sonrada transfer məsələsində yaranan problemlər görə Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb.

Həmin kateqoriyadan