Federasiya nümayəndələri ilə Xankəndidə görüş

Federasiya nümayəndələri ilə Xankəndidə görüş

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə növbəti görüşünü keçirib.

Allsport.az xəbər verir ki, Xankəndidə, Qarabağ universitetinin akt zalında təşkil olunan tədbir federasiya nümayəndələri ilə sayca 27-ci görüş olub.

Nazir son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşdə məktəblilərin respublika idman olimpiadası, “Çempionların axtarışındayıq – sən də qoşul!” layihəsi, döyüş idman növləri üzrə birgə yarışların təşkili, federasiyaların akkreditasiyası və fəxri adların verilməsi meyarları müzakirə olunub.

Bununla yanaşı, federasiyaların sosial media hesabatları dinlənilib, ölkə yarışlarının iştirakçılarının mərkəzləşdirilmiş reyestr sistemində qeydiyyatı ilə bağlı məlumat təqdim edilib və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan