II turda da uduzdular

Bu gün badminton üzrə milli komanda Bakı idman sarayında keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.

Allsport.az xəbər verir ki, I qrupda yer alan Azərbaycan yığması qrup mərhələsinin ikinci turunda İspaniya ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarışıq qoşa kateqoriyasında Diki Pangestu – Keişa Fatimə Zəhra tandemi Ruben Qarsiya – Lusia Rodrigez qoşasına rəqib olub. Hər iki set İspaniya təmsilçilərinin üstünlüyü ilə başa çatıb – 18-21, 18-21.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo təcrübəli Pablo Abian ilə dueldən qalib ayrılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən 3 setin yekununda Edi 2:1 (21-18, 8-21,21-13) hesablı qələbə qazanıb.

Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Klara Azurmendi ilə üz-üzə gəlib. İspaniya badmintonçusu hər iki seti öndə başa vurub – 21-17, 21-14.

Kişilərin qoşa kateqoriyasında Edi Reski Dviçayo – Diki Pangestu qoşası İspaniya təmsilçiləri Ruben Qarsiya və Rodriqo Sanjurjo üzərində inamlı qələbə qazanıb – 21-9, 21-14)

Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə – Həcər Nuriyeva tandemi Nikol Karulla – Lusia Rodrigez ikilisinə 0:2 (8-21, 4-21) hesabı ilə məğlub olub.

İlk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan milli qrupda son oyununu sabah son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək. Bakı idman sarayında keçiriləcək oyun saat 10:00-da başlayacaq.

Həmin kateqoriyadan