Sarayevoda 4 medal

Sarayevoda 4 medal

Sarayevoda keçirilən xüsusi olimpiya açıq cüdo turnirində Azərbaycan təmsilçiləri 4 medal əldə ediblər.

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyasının adaptiv cüdo qrupunun üzvü Kamran Quliyev (G-10) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Sadiq Nəzirov (G-2) gümüş, Adilə Niftaliyeva (G-24) və Yusif Nəsirli (G-7) isə bürünc medal qazanıblar. Bu yarış hər üç cüdoçunun ilk beynəlxalq turnir təcrübəsi olub.

Adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.

Həmin kateqoriyadan