Bürünc medal uğrunda tatamiyə çıxacaq

Bürünc medal uğrunda tatamiyə çıxacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Məmmədəliyev ilk görüşündə kanadalı Castin Lemiri, 1/8 finalda isə Böyük Britaniya təmsilçisi İtan Nerni məğlub edərək 1/4 finala yüksəlib.

İdmançımız bu mərhələdə fransalı Dayan Bulemtafesə uduzaraq mübarizəni təsəlliverici görüşdə davam etdirib. O, italiyalı Leonardo Valerianini məğlub edərək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşacaq.

Milli gimnastika arenasında keçirilən dünya çempionatının final bloku saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan