Mundialın iştirakçılarına müraciət edib

Mundialın iştirakçılarına müraciət edib

Beynəlxalq cüdo federasiyasının (BCF) səfiri, gimnastika üzrə beşqat olimpiya çempionu Nadya Komaneçi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının iştirakçılarına videomüraciət ünvanlayıb.

Allsport.az xəbər verir ki, rumıniyalı sabiq idmançı təcrübəsinə istinad edərək böyük nailiyyətlərin əsasında nizam-intizam, cəsarət və əzmkarlığın dayandığını vurğulayıb.

O, mundialda mübarizə aparan cüdoçulara səslənib:

“Bakıda yarışan bütün idmançılara demək istəyirəm: qürurla mübarizə aparın, rəqiblərinizə hörmət edin və tatamidə əlinizdən gələni əsirgəməyin. Medallarla yanaşı, nümayiş etdirdiyimiz xarakter və gələcək nəslə verdiyimiz ilham da yadda qalır”.

Nadya Komaneçi müraciətinin sonunda bütün iştirakçılara unudulmaz dünya çempionatı arzulayıb.

Həmin kateqoriyadan