- Baxış sayı: 84
- 08 Oktyabr 2026 19:28
- Baxış sayı: 91
- Oktyabr 08, 2026
- 0

Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin atletləri Sarayevoda keçirilən xüsusi olimpiya açıq cüdo turnirində 5 medal qazanıblar.
Allsport.az xəbər verir ki, Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Turnirdə Kamran Quliyev “G-10” divizionunda birinci, Sadiq Nəzirov “G-2” divizionunda ikinci, Yusif Nəsirli isə “G-7” divizionunda üçüncü yeri tutublar.
Adilə Niftəliyeva “G-24” divizionunda üçüncü, kata üzrə mübarizədə isə ikinci pillədə qərarlaşıb.