“Bütün xalqımızı sevindirmisən”

“Bütün xalqımızı sevindirmisən”

Milli gimnastika arenasında cüdo üzrə dünya çempionatının açılışının gedişində Azərbaycan prezidenti İlham Əliyev dünən 60 kq-da qızıl medal qazanan Əhməd Yusifovla görüşüb. Allsport.az saytı xəbər verir ki, o, böyük qələbə münasibətilə idmançımızı təbrik edib:

“Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm.

Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan”.

 

Həmin kateqoriyadan