Bürünc medal qazandı

Bürünc medal qazandı

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli yarışa 1/16 finaldan başlayıb.

O, ilk görüşündə Sibqatullah Arabla (IRT) üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.

Rəcəbli bu mərhələdə özbəkistanlı Murodjon Yuldoşevə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi yarımfinala gedən yolda serbiyalı Mixaylo Siminlə qarşılaşıb və görüşü məğlub başa vurub.

Ömər Rəcəbli bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. O, sloveniyalı Nake Herkoviçi məğlub edib və final blokuna vəsiqəni təmin edib. 

Təmsilçimiz bürünc medal uğrunda görüşdə Abilayxan Zubanazarla üz-üzə gəlib. Rəqibindən güclü olan Ömər fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Həmin kateqoriyadan