- Baxış sayı: 28
- 06 Avqust 2026 17:08
- Baxış sayı: 180
- Avqust 05, 2026
- 0

Allsport.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan premyer liqasının 7-ci turunda “Araz-Naxçıvan”la matçdan (1:0) sonra danışıb:
“Demişdim ki, bizim üçün ən çətin oyun olacaq. Rəqib ağır komandadır. Taktiki sxemi düzgün qurmaq çox çətindir. Oyunun gedişində hər şey dəyişir. İkinci qolu vursaydıq, daha asan olacaqdı. Futbolçularıma təşəkkür edirəm. Ağıllı oynayaraq nəticə qazandılar. Eyforiyaya qapılmamalıyıq. Komandanın oyunu bizə gələcəyə ümidlə baxmağa əsas verir”.