- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqada ilin son oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 13-cü turda “Qəbələ” səfərdə “Səbail” ilə üz-üzə gələcək. 1-ci dövrədə Qəbələ şəhər stadionunda 1:1 hesabı qeydə alınmışdı. Rəqiblər ümumilikdə 15-ci dəfə görüşəcək.
Əvvəlki 14 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. “Qəbələ” oyunların yarısında – 7 dəfə qalib gəlib. 4 heç-heçəsi olan komandamız yalnız 3 dəfə uduzub. 40 qolun vurulduğu matçlarda top fərqi də futbolçularımızın xeyrinədir – 25:15. “Səbail”lə oyunlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub.