İlk dəfə Azərbaycan kubokunun finalına ev sahibliyi edəcək

Azərbaycan kubokunun finalı paytaxtın “Bakcell Arena”sında baş tutacaq. Allsport.az saytı xəbər verir ki, bu məkan ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək. İyunun 3-ündə saat 20:00-da gərgin mübarizədə “Neftçi” – “Qəbələ” üz-üzə gələcəklər.

Öncəki 28 finala 7 stadion ev sahibliyi edib. Tofiq Bəhramov adına mərkəzi arenada daha çox – 18 belə oyun keçirilib. Qəbələ şəhər stadionunda 3 final baş tutub.

Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan stadionunun hərəsində 2, “Şəfa” (indiki “ASK arena”), “Dalğa arena” və “Bank respublika arena”da 1 dəfə kubokun qalibi müəyyənləşib.

1992-ci ildən keçirilən yarışda 2001-2002 və 2019-2020-ci il mövsümləri yarımçıq qalıb, 2002-2003-cü il mövsümü keçirilməyib.

Həmin kateqoriyadan