İlk yarıda 24 futbolçu fürsət verib

Premyer liqanda mövsümün ilk yarısı başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” mücadilənin arxada qalan bölümündə 13 oyun keçirib. Baş məşqçi Elmar Baxşıyev bu matçlarda 24 futbolçuya fürsət verib. Ən çox matç keçirən oyunçular 12 görüşdə şans qazanıb.

Bunlar Yurgen Qoxa, Anar Nəzirov, İdris İnqilablı, Vinko Medimoreç, Nikolas Raysel və Asif Məmmədovdur. Meydanda ən çox vaxt keçirən futbolçu Yurgendir. O, 1061 dəqiqə oynayıb. 24 oyunçudan 14-ü matçların yarıdan çoxunda – ən azı 7 qarşılaşmada iştirak edib.

Mövsümün ilk hissəsində “Qəbələ”nin 8 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Rafael Utziqdir. Braziliyalı legioner 3 dəfə fərqlənib. Asif Məmmədov, Yusif Nəbiyev və Nikolas Raysel hərəyə 2 dəfə rəqib qapısına yol tapıb. Digər 4 oyunçu hərəyə 1 dəfə fərqlənib.

Həmin kateqoriyadan