- Baxış sayı: 33
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Liverpul”un baş məşqçisi Yurgen Kloppdan idman direktoru Maykl Edvardsın qayıtmasından sonra yayda klubu tərk etmək fikrini dəyişib-dəyişmədiyini soruşublar.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis fikrinin dəyişmədiyini bildirib:
“Söhbətimiz olub. Mayklla mənim çox yaxşı münasibətimiz var. Fikrimi dəyişdiyimi təsəvvür edə bilərsinizmi? Əlbəttə yox. İngiltərədə heç vaxt başqa komandaya baş məşqçilik etməyəcəyəm”.