“İnkişaf etmək üçün daha çox çalışmalıyıq”

Allsport.az xəbər verir ki, yoldaşlıq oyunu çərçivəsində “Dalğa arena”da keçirilmiş Azərbaycan – Qırğızıstan oyunundan sonra milli komandanın baş məşqçisi Samir Əliyevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırq: 

“Məşqçilər korpusu olaraq, futbolçuların yanaşmasından, oyuna hazırlığından, mübarizə aparmaqlarından tam razıyıq. Bildiyiniz kimi, iyunun 17-də İstanbulda Türkiyə yığması ilə qarşılaşmışdıq. Çalışırdıq ki, qısa zamanda futbolçuları bərpa edək, oyuna hazırlayaq. Bəzi futbolçulardan yorğunluq hiss olunurdu. Buna baxmayaraq, çox yaxşı mübarizə apardıq, bir neçə qol vəziyyəti yaratdıq. Ustalıq səviyyəsi çatmadı ki, yaratdığımız imkanları qola çevirək. Təəssüf ki, elementar səhvdən qapımıza penalti təyin olundu.

Həm Türkiyə ilə, həm də bu oyunda yeni sistem uzərində işlədik, bir çox oyunçuya şans verdik. Hər iki oyun göstərdi ki, ümid yeri var. Təbii ki, inkişaf etmək üçün daha çox çalışmalıyıq. Məşqçilər korpusu olaraq, qarşıdakı günlərdə soyuq başla hər iki oyunu təhlil edəcəyik. Məqsəd sentyabrdakı rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır”.

Həmin kateqoriyadan