- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi” premyer liqanın 11-ci turunda evdə “Zirə” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Samir Abbasov getdikcə daha artıracaqlarını deyib:
“Çox həyəcanlı oyun keçdi. Matçın taleyi hər an həll oluna bilərdi. Hər 2 komanda meydana ilk növbədə uduzmamaq üçün çıxmışdı. Qol epizodu da az oldu.
Düzdür, keçən oyunla müqayisədə, xüsusilə 2-ci hissədə xeyli sayda yaxşı epizod yaratdıq. Bu bizi sevindirir. İnşallah, artıra-artıra gedəcəyik. İnanıram ki, qarşıda daha yaxşı komanda görəcəyik”.