“İnsanların ağzını bağlamaq gözəl idi”

“Mançester Yunayted”in hücumçusu Rasmus Heylun premyer liqada ilk qolunu vuranda keçirdiyi hisslərdən danışıb.

Allsport.az xəbər verir ki, o, bu barədə “TV-2 Sport”a açıqlama verib: “Bir anlıq düşündüm. Nəhayət! İnsanların ağzını bağlamaq gözəl idi.

Təbii ki, insanların premyer liqadakı qolsuzluq zolağımdan danışması məni narahat edirdi, amma çox az adam mənim eyni zamanda çempionlar liqasının bombardiri olduğumdan danışırdı. Mən bunu başa düşə bilmədim, ona görə də çempionatda ilk qolu vurmaq əla idi”.

Həmin kateqoriyadan