“İnter Mayami”nin rəhbəri Messinin maaşını açıqlayıb

“İnter Mayami”nin rəhbəri Messinin maaşını açıqlayıb

“İnter Mayami”nin prezidenti Xorxe Mas yeni futbolçusu Lionel Messinin nə qədər maaş alacağını açıqlayıb.

“Müqaviləyə əsasən, Messi ildə 50-60 milyon dollar qazanacaq.

Messinin transferi üçün 3 il danışıqlar apardım” – Mas deyib.

Xatırladaq ki, 36 yaşlı argentinalı PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “İnter Mayami”yə keçib.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Messiyə hər mövsüm üçün 500 milyon avro maaş təklif etdiyi bildirilirdi.

Həmin kateqoriyadan