“İnter”in futbolçusu 4 ildir “Volqa”dan pulunu ala bilmir

“İnter”in müdafiəçisi Laşa Salukvadze bəyan edib ki, Rusiyanın “Volqa” klubunun ona olan borcunu dörd ildir ala bilmir. Allsport.az sizi gürcü futbolçunun həmin açıqlamaları ilə tanış edir:

“Bu proses artıq dörd ildir davam edir. Müvafiq orqanlara, FİFA və UEFA-ya bununla bağlı müraciət etmişik. İşi qazanmışıq, amma yerinə yetirilmir. Ümid edirəm ki, nəsə yenilik olacaq. Biz hazırda klubun qərarını gözləyirik. Onların hansı addımı atacağını maraqla gözləyirəm. Rəsmi qaydada, kağız üzərində hər şey mənim lehimədir. Amma nəticə yoxdur.

Həmin borcu almaq mənim üçün nə dərəcədə prinsipialdır? Axı mən orada işləmişəm, oynamışam. Digərləri ilə necə müqavilə bağlandığını deyə bilmərəm, mənimki FİFA-nın qaydalarına uyğun idi. Üç illik müqavilə imzalamışdıq. Həmin müqavilə isə ikitərəfli qaydada pozulmayıb. Məni belə demək mümkünsə, “Volqa”dan qovdular. Rəhbərlik müqaviləyə özü xitam verdi.

Təəssüf ki, belə hallara təkcə Rusiyada yox, Gürcüstanda, hazırda oynadığım Azərbaycanda da rast gəlmək mümkündür. Amma heç bir səbəb olmadan klubdan qovmaq… “Volqa”da böhran olsaydı, pulu hissə-hissə də olsa, ödəsəydilər, başa düşərdim. Lakin onlar belə də etmədilər. Yeri gəlmişkən, mənim durumumda olan bir neçə oyunçunun pulunu ödəyiblər. Mənim isə bəxtim hələ gətirməyib”.

Həmin kateqoriyadan