- Baxış sayı: 20
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 205
- Noyabr 09, 2026
- 0

Klub Elvin Yunuszadə və Əli Əliyevin hərəkətlərinə görə cəzalandırılıb.
Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın intizam komitəsinin iclasında qərar qəbul edilib.
“Karvan” – “İrəvan” oyunu bitdikdən sonra qonaqların oyunçusu Elvin Yunuszadə stadionun giriş qapısına zərər vurduğuna görə 1 oyun cəzalanıb. Buna görə klub 100 manat ödəyəcək.
Sözügedən görüşdən sonra klubun digər üzvü Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurduğundan özü və komandası eyni cəzaya məruz qalıb.