İsayev “Sabah”ı seçdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Aleksey İsayev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.

24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Millimizə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Həmin kateqoriyadan