“İşğaldan azad olan torpaqlara ayaq basmağı, orada zaman keçirməyi səbirsizliklə gözləyirəm”

Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, xain erməniləri torpaqlarımızdan qovuldu. Allsport.az saytı xəbər verir ki, noyabrın 10-da düşmən təslimçi sülh müqaviləsi imzalamağa məcbur oldu. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qələbə münasibəti ilə bunu deyib:

“Bütün Azərbaycan xalqını, dövlətimizi, ordumuzu ürəkdən təbrik edirəm. Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Uzun illər idi ki, işğal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Allaha şükür, bu günləri yaşayırıq. Başda ali baş komandan İlham Əliyev olmaqla, ordumuzu ürəkdən təbrik edirəm.

Bu günləri bizə yaşatdığına görə onlara təşəkkür edirəm. Onlarla fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralılarımıza Allah şəfa versin. Bir daha bütün Azərbaycan xalqını bu zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmağımızı, orada zaman keçirməyimizi səbirsizliklə gözləyirəm”.

Həmin kateqoriyadan