İspaniya klubundan uğurlu göstərici

Futbol üzrə İspaniya çempionatı – la liqanın 28-ci turunun matçında “Vilyarreal” səfərdə “Real Betis”i məğlub edib.

Allsport.az xəbər verir ki, birinci hissədən sonra sevilyalılar 2:1 hesabı ilə önə keçib – “Betis”in heyətində Qvido Rodriges və Villian Xose, “Vilyarreal”da isə Aleks Baena fərqlənib.

İkinci 45 dəqiqədə “sarılar” Sokratis Papastotopoulosun avtoqolu və Aleksandr Serlotun qolu sayəsində 3:2 qələbə qazanmağı bacarıb.

“Vilyarreal” elitada ardıcıl 8 matçdır uduzmur.

Həmin kateqoriyadan