İspaniya mətbuatı “Qarabağ”ın qanalı hücumçusundan yazıb

İspaniyanın “Diario Kordoba” nəşri “Kordoba” klubunun sabiq futbolçuları barədə yazı hazırlayıb. Allsport.az saytı xəbər verir ki, məqalədə”Qarabağ”ın oyunçusu Kvabena Ovusuya da yer verilib. Onun bizə keçidi barədə bu deyilir:

“Təxminən bir il əvvəl qanalı futbolçu çempionlar liqasının seçmə mərhələsində və Avropa liqasının qrupunda mübarizə aparan Azərbaycan klubu “Qarabağ”a keçdi.

“Kordoba”nın uğur qazanmasına kömək edən hücumçu həddindən artıq fərdi oyuna üstünlük verdiyi üçün ümidsizlik yaratdı. Kvabena sürətli olsa da, daha çox qol vura bilən futbolçu ola bilmədi. O, “Qarabağ”ın heyətində İspaniya klubu “Vilyarreal”la oyunda qol vurdu”.

Həmin kateqoriyadan