- Baxış sayı: 50
- 06 Noyabr 2026 22:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İspaniya La Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Las Palmas”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Maraqlıdır ki, İsrafilov ötən tur olduğu kimi, bu qarşılaşmanın da məhz 69-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Eybar” hazırda 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.