- Baxış sayı: 27
- 25 İyun 2026 16:49
- Baxış sayı: 27
- İyun 25, 2026
- 0

Fələstin millisinin sabiq futbolçusu Süleyman Əl-Obeydin vəfat edib.
Allsport.az xəbər verir ki, 41 yaşlı hücumçu İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olub.
Əl-Obeyd bütün karyerasını Fələstin çempionatında keçirib. O, yerli azarkeşlər tərəfindən “Fələstinin Pelesi” adlandırılırdı. Əl-Obeyd Fələstin yığmasının heyətində iştirak etdiyi 18 oyunda 2 qol müəllifi olub.