“Sumqayıt”da yeni legionçu

“Sumqayıt”da yeni legionçu

“Sumqayıt” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, “kimyaçılar” ingiltərəli basketbolçu Coş Oqundeleni transfer edib.

25 yaşlı basketbolçu ilə ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Oqundele ABŞ-nin “İova” və “Hampton” universitet komandalarında çıxış edib. 213 sm boya malik basketbolçu sonuncu kollektivdə 6,7 xal və 3,5 götürmə ortalaması ilə yadda qalıb. Oqundele 55,1% dəqiqlik göstəricisi ilə də diqqət çəkib.

Həmin kateqoriyadan