- Baxış sayı: 38
- 29 Sentyabr 2026 19:52
- Baxış sayı: 128
- Sentyabr 29, 2026
- 0

“Neftçi” basketbol komandası FİBA Avropa kubokunda növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə cavab görüşünə çıxan “ağ-qaralar” 61:73 hesabı ilə uduzsalar da, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələyə yüksəlməyi bacarıb.
Paytaxt təmsilçisi Bakıda keçirilən ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı.
“Neftçi” FİBA Avropa kubokunun əsas mərhələsinin “H” qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.