- Baxış sayı: 42
- 06 Oktyabr 2026 23:06
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

Azərbaycan basketbol II liqasının (ABL2) ilk mövsümünə noyabrın 20-də start veriləcək.
Allsport.az xəbər verir ki, 2026/27 mövsümündə ABL2-də altı komanda mübarizə aparacaq. Bunlar “Şəki”, “Quba”, “Lənkəran”, “Alov Basket”, Azərbaycan idman akademiyası (ASA) və Aztu-dur.
Müntəzəm mövsüm dörd dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.
ABL-də çıxış edən 2005-ci il təvəllüdlü və daha gənc basketbolçular ikili lisenziya sistemi ilə ABL2-də də oynaya biləcəklər. ABF bu sistemi gənc basketbolçuların daha çox oyun praktikası qazanması və inkişafının sürətləndirilməsi məqsədilə tətbiq edir.