Bakı təmsilçisində yeni təyinat

Bakı təmsilçisində yeni təyinat

Azərbaycanın “Landau Lions” basketbol komandası məşqçilər korpusunu yeni mütəxəssislə gücləndirib.

Allsport.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Mustafa Qaraman bundan sonra “şirlər”in uğurları üçün çalışacaq.

Mütəxəssis karyerası ərzində Türkiyə qadınlar superliqasında 4 il müddətində “Çanqaya universiteti” komandasında, ötən mövsüm isə Azərbaycan basketbol liqasında (ABL) “Ordu” klubunda fəaliyyət göstərib.

Mustafa Qaraman paralel olaraq Azərbaycanın basketbol üzrə milli komandasının da fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edir.

Həmin kateqoriyadan